XƏBƏRLƏR / İctimaiyyət

Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə olub

YENİLƏNİB

Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:01

    Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 nəfərə çatıb.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, zəhərlənən şəxslərdən 6-sı uşaq olmaqla, 14-ü qadın, 10 nəfəri isə kişilərdir.

    Hazırda bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə AQTA əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

    İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb

    ***

    09:50

    Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

    Sözügedən mərkəzdə qida qəbul edən 17 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Zərərçəkənlərin vəziyyətləri orta ağır qiymətləndirilir.