Azərbaycanda qeydiyyatdan keçməyən partiyalar cərimələnəcək
Cərimələrin məbləğləri açıqlanıb
Azərbaycanda qeydiyyatdan keçməyən partiyalar cərimələnəcək:
Partiyanın dövlət qeydiyyatı olmadan fəaliyyətinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək cərimə olunacaqlar;
Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və ya fəaliyyətinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək miqdarda, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək miqdarda, hüquqi şəxslər isə 6000 manatdan 8000 manata qədər.