"Quska" haqqında yeni cinayət işi açıldı
Gələn ay Hüseyn Abdullayev azadlığa buraxılmalı idi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb.
O, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir.
Məlumatı onun vəkili Rəsul Cəfərov təsdiq edib.
Qeyd edək ki, H.Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yeni cinayət işinə görə onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.