XƏBƏRLƏR / İctimaiyyət

Araz və Emin Ağalarovlar zərərçəkənlərə 1 mln dollar ayırdı

Bu barədə Ağalarovlara məxsus “Crocus Group” məlumat yayıb

Araz və Emin Ağalarovlar zərərçəkənlərə 1 mln dollar ayırdı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Araz və Emin Ağalarov martın 22-də baş vermiş terror aktında zərərçəkənlərə yardım üçün 1 milyon dollar göndəriblər.

    Araz və Emin Ağalarovlar 2227.03.2024 Araz və Emin Ağalarov martın 22-də baş vermiş terror aktında zərərçəkənlərə 100 milyon rubl (1 084 000 $) pul göndəriblər.

    “Crocus Group” şirkəti və Müslüm Maqomayev Fondu “Crocus City Hall”da baş vermiş dəhşətli terror aktının qurbanlarına yardım göstərəcək. Ümumi məbləği 100 milyon rubl olan ilk ianələri “Crocus Group”un prezidenti Araz Ağalarov və onun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin edib.

    Vəsait bu faciədən zərər çəkmiş tamaşaçıların və işçilərin ailə üzvlərinə ünvanlı dəstək - insanların reabilitasiyası, sağalması, müalicəsi və digər ehtiyaclarına yönəldiləcək.

    Müslüm Maqomayev Fondu həlak olanların ailələrinə təcili və uzunmüddətli yardım üçün ianə toplayıb. Konsert zalının səhnəsində çıxış edən bir çox şirkət tərəfdaşları, ailə dostları və sənətçilər öz maliyyə töhfələrini vermək istədiklərini bildirdilər.

    Müraciətlərə baxılması üçün zəng mərkəzi tezliklə fəaliyyətə başlayacaq. Xərclənmiş bütün vəsaitlər haqqında hesabat fondun internet saytında dərc olunacaq.

    Ağalarovlar ailəsinin yaxın dostu, böyük sənətkar Müslüm Maqometoviç Maqomayevin xatirəsini əbədiləşdirmək məqsədilə 2010-cu ildə Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fondu yaradılıb. Fond mədəniyyət sahəsində fəaliyyətlə yanaşı, xeyriyyə layihələri və tədbirləri təşkil edir, ehtiyacı olan şəxslərə və təşkilatlara ünvanlı maliyyə yardımı göstərir.

    "Crocus City Hall" konsert zalı da Müslüm Maqomayevin adını daşıyırdı. Eyniadlı Fond dəhşətli faciədə həlak olanların və zərərçəkənlərin ailələrinə kömək etmək üçün əlindən gələni edəcək.