Erməni ər-arvad Xankəndidəki abidəyə baş çəkdi VİDEO

Adıçəkilən abidə Xankəndinin girişində - şəhərin şimal hissəsində yerləşir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Qarabağı tərk etməyib Xankəndidə qalan erməni sakin Sarkis Qalstyan həyat yoldaşı ilə “Biz və bizim dağlar” abidəsinin yanında gəzintiyə çıxıb.

    Qarabağın erməni sakinlərinin gəzintisini əks etdirən video şənbə günü Ermənistan mətbuatının diqqətini çəkib.

    Qonşu ölkənin KİV-ləri videonun azərbaycanlılar tərəfindən çəkildiyini ehtimal edirlər.

    Xatırladaq ki, bir müddət əvvəl Sarkis Qalstyanın Xankəndinin komendantı təyin edildiyi barədə şayiələr yayılmışdı.

    Qeyd edək ki, bu yaxınlarda sosial şəbəkələrdə “Biz və bizim dağlar” abidəsinin söküldüyünə dair saxta şəkillər yayılmışdı. Bu video “Biz və bizim dağlar”ın hazırda da öz yerində olduğunu təsdiqləyir.

    Adıçəkilən abidə Xankəndinin girişində - şəhərin şimal hissəsində yerləşir. Abidə 1967-ci ildə ucaldılıb.