XƏBƏRLƏR / İctimaiyyət

Priqojin hazırda Belarus ərazisində deyil

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko yerli və xarici jurnalistlərlə görüşündə deyib

Priqojin hazırda Belarus ərazisində deyil
Y.Priqojin
  • Oxuma müddəti:

    3 dəqiqə

  • “Vaqner” özəl hərbi şirkətinin başçısı Priqojin hazırda Belarus ərazisində deyil.

    TASS xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko yerli və xarici jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, “Vaqner” qrupunun döyüşçüləri isə Rusiyadakı daimi düşərgələrindədir.

    “Yevgeni Priqojinə gəlincə, o, Piterdədir. Ola bilsin, Moskvaya gedib, amma o, Belarus ərazisində yoxdur”, - deyə Lukaşenko bildirib.

    O qeyd edib ki, “Vaqner” döyüşçülərinin Belarusda yerləşdirilməsi şirkət rəhbərliyinin və Rusiya hakimiyyət orqanlarının işidir.

    “Bu, “Vaqner” şirkətinin və Rusiya rəhbərliyinin hansı qərarı verəcəyindən asılı olacaq. Əgər onlar Belarusda müəyyən sayda döyüşçünün istirahət, təlim keçməsi üçün yerləşdirməyi lazım bilsələr, mən qərarımı yerinə yetirəcəyəm”, - deyə Belarus Prezidenti əlavə edib.

    Bu arada Rusiyanın telegram kanalları Yevgeni Priqojinin malikanəsindən və ofisindən axtarış kadrları yayıblar. Axtarış zamanı bütöv bir odlu silah arsenalı, balyoz, pariklər, müxtəlif adlarda pasportlar və altı milyard rubl tapılıb.

    Odlu silahlar arasında iki "Saiga" karabini, kəsik Avstriya "Steyr"i,  yarıavtomatik "Arka"tüfəngi və şəxsi "Glock"u var.

    Səhmdarları arasında Yevgeni Priqojinin həyat yoldaşı Lyubovun da olduğu Sankt-Peterburqdakı "River Palace" otelinin qarşısında "Citroen" mikroavtobusu dayanıb. 80 qutuda 6 milyard rubl nağd pul olub.

    Priqojinin malikanəsindəki tibb otağının şəkli. Daha doğrusu, evdə intensiv terapiya.

    Təxminən 20 kvadratmetrlik otaqda milyonlarla rubl dəyərində avadanlıq - infuzomat, bronxial reabilitasiya üçün ev aspiratoru, ventilyator və s., həmçinin bir neçə aylıq istehlak materialları və dərman ehtiyatları var.

    Cihazların və dərmanların çeşidi dağınıq skleroz və ya Guien-Barre sindromu kimi sinir xəstəlikləri olan xəstələrə xasdır.

    Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.

    Qeyd edək ki, Y.Priqojinə rəsmi olaraq bildirilib ki, axtarışlar zamanı müsadirə olunan bütün əşyaları qaytarmağa hazırdırlar. Belə ki, Priqojin 10 milyard rubl pul, şəxsi tapança, həmçinin üç karabin, bir tüfəng və bir neçə silahı geri qaytara bilib. Bütün bunlar Priqojinin ofisində aparılan axtarışlar zamanı tapılıb.