XƏBƏRLƏR / İctimaiyyət

Qubadlıda silah-sursat tapıldı

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib

Qubadlıda silah-sursat tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qubadlı rayonunda silah-sursat aşkar edilib.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, rayonun Mahmudlu kəndi ərazisində yerləşən yarımtikilidən 1 qumbaraatan, 1 avtomat, 5 qumbara, patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

    Faktla bağlı araşdırma aparılır.