Tokayev İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi
"Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra etdi"
Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edirəm.
Bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında deyib.
"Bu, tarixi hadisədir", - o deyib.
Tokayev vurğulayıb ki, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra etdi.