XƏBƏRLƏR / İctimaiyyət

Polşada 4 min il əvvələ aid mis xəncər tapılıb

“Heritage daily” saytı xəbər verir

Polşada 4 min il əvvələ aid mis xəncər tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polşanın cənub-şərqində Korzenitsa yaxınlığındakı meşədə 4 min il əvvələ aid 10,5 santimetr uzunluğunda nadir mis xəncər tapılıb.

    “Heritage daily” saytı xəbər verir ki, silahı Yaroslavl Tarix və Kəşfiyyat Dərnəyinin əməkdaşı Piotr Qorlax metal detektoru ilə axtarış zamanı tapıb. Araşdırmalar zamanı xəncərin Karpat regionunda düzəldildiyi və 4 min il əvvələ, tunc istehsalının inkişafından öncəki Mis dövrünə aid olduğu müəyyən edilib.

    Daş dövründən Tunc dövrünə keçidin başladığı Mis dövründə çaxmaq daşından hazırlanan alətlərlə yanaşı, metal məmulatlardan da istifadə olunub.

    Xəncərin misdən hazırlanması onun sahibinin yüksək sosial statusa malik olduğunu göstərir. Nadir tapıntı Yaroslavldakı Orsetti Ev Muzeyinin kolleksiyasına əlavə edilib.