Hikmət Hacıyevin BQXK nümayəndələri ilə görüşü olub
Azərbaycan Qarabağın erməni əhalisinə istənilən humanitær yardım etməyə hazırdır
Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, “Mən BQXK-nın Bakı ofisi və digər beynəlxalq tərəfdaşlarla görüşüm oldu."
Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri 23 saat 51 dəqiqə davam edən lokal antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüquq normalarına ciddi əməl edib, zərərin dəyməsinə yol verməmək üçün səy göstərib.
Ermənistanın baş nazirinin özünün də etiraf etdiyi kimi, mülki şəxslərə zərər dəyməyib. Bununla bağlı Aİ, Fransa və Almaniya rəsmilərinin yoxlanılmamış və qeyri-ciddi bəyanatları anlaşılmaz olaraq qalır.
- BQXK ilə görüşdə bildirdik ki, Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə BQXK-ya dərman, ərzaq və digər malların çatdırılması üçün bütün lazımi şərait yaradılıb və yaradılacaq.
- Azərbaycan tərəfi erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya BQXK vasitəsilə onlara kömək etməyə hazırdır. Yaralı hərbçilərin toplanması üçün müraciət əsasında BQXK-nın tibbi maşınlarının hərəkəti təmin edilir. Bu məqsədlə biz də təcili yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq.
- Tibbi evakuasiya üçün Ermənistandan tibbi nəqliyyat da gələ bilər.
- Döyüş meydanında qalan yaraqlıların cəsədlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır.
- Biz BQXK-nın Cenevrə ofisindən əlavə işçilərin işə götürülməsini dəstəkləyirik. Biz həmçinin Bakı ofisindən Xankəndi filialına əlavə işçilərin göndərilməsinin tərəfdarıyıq.
- Biz könüllü və fərdi seçim əsasında Xankəndi-Laçın yolu ilə mülki şəxslərin öz nəqliyyat vasitələri ilə hərəkətinin təhlükəsizliyini təmin edirik. Getmək istəyənlər əsasən hərbçi ailələrinin üzvləridir.
- Könüllü surətdə silahı yerə qoyan hərbi qulluqçular açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar.
“Mülki-hərbi əməkdaşlıq konsepsiyası çərçivəsində Azərbaycan ordusu və mülki şəxsi heyəti mülki əhaliyə yardım edir və bundan sonra da kömək edəcək”.