XƏBƏRLƏR / İctimaiyyət

Şəkili gənc qız BMT-nin Gənclərin Məşvərət Şurasına seçilib

11-ci sinif şagirdi Dəniz Məmmədzadə 2021-2025-ci illər üçün BMT-Azərbaycan Dayanıqlı İnkişaf üzrə müzakirələrdə iştirak edəcək

Şəkili gənc qız BMT-nin Gənclərin Məşvərət Şurasına seçilib
Dəniz Məmmədzadə
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şəki şəhərində kimyəvi-bioloji təmayüllü liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadə BMT-nin Gənclərin Məşvərət Şurasına (UNYAC) üzv seçilib.

    Bu barədə liseydən məlumat verilib.

    Bildirilib ki, o, gənclərin səsinin Azərbaycandakı BMT proqramlarına daxil edilməsi və qurumun yerli strukturunun ölkə gəncləri ilə əməkdaşlığının, dialoqunun və tərəfdaşlığının genişləndirilməsi ilə bağlı məsləhətlər verəcək.

    UNYAC üzvləri BMT və onun Azərbaycan nümayəndəliyinin regional və qlobal səviyyədə təşkil etdiyi gənclərlə bağlı görüş və tədbirlərdə iştirak edəcəklər. Onlar həmçinin BMT-nin ölkə komandası ilə razılaşdırılmış məsələlər, o cümlədən 2021-2025-ci illər üçün BMT-Azərbaycan Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin planlaşdırılması və təhlili üzrə müxtəlif gənclər qrupları ilə müzakirələrdə iştirak edəcəklər.