XƏBƏRLƏR / İctimaiyyət

Qlobal Bakı Forumunun 2-ci günü YENİLƏNİR

Bu gün Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin prezidenti və baş icraçı direktoru Syuzan Eliotun moderatorluq edir

Qlobal Bakı Forumunun 2-ci günü YENİLƏNİR
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 12:33

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 14-də işini panel iclaslarla davam etdirir.

    Ekvadorun xarici işlər naziri Mariya Fernando Espenazonun moderatorluğu ilə keçirilən sessiya “Yeni dünya düzənində orta güclər" mövzusuna həsr edilib.

    Panel iclasda əvvəlcə Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev çıxış edib. Daha sonra Avstriyanın sabiq xarici işlər naziri Benita Ferrero-Valdner, Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, İslandiyanın sabiq prezidenti Olafur Raqner Qrimsson, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Türkiyənin sabiq xarici İşlər naziri Hikmət Çətin, Maltanın sabiq Baş naziri Cozef Muskat, Latviyanın sabiq müdafiə naziri Artis Pabriksin mövzu ətrafında çıxışları dinləniləcək.

    ***

    11:01

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 14-də işini panel iclaslarla davam etdirir.

    Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin prezidenti və baş icraçı direktoru Syuzan Eliotun moderatorluğu ilə keçirilən “Sülhə gedən yol” adlı panel iclasında əvvəlcə Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç çıxış edəcək.

    İclasda, həmçinin İsrailin sabiq Baş naziri Ehud Olmert, Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili, İsrailin sabiq xarici işlər naziri, Baş nazirin müavini Tzipi Livni, Ukrayna 3000 Fondunun sədri Katerina Yuşşenko, Monteneqronun sabiq Prezidenti Milo Dukanovic, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, Baş nazirin müavini Bülənt Arınç, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci Sessiyasının sədri, Slovakiya Respublikasının sabiq xarici işlər naziri, Aİ-nin Belqrad-Priştina Dialoqu və digər Qərbi Balkan regional problemləri üzrə keçmiş xüsusi nümayəndəsi Miroslav Lajcak, ABŞ-ın Birləşmiş Krallıqdakı sabiq səfiri, WPP Plc-nin sabiq sədri Filip Laderin çıxışları dinləniləcək.