Noyabr 8-də Zəfər paradı Xankəndidə olacaq
Hal-hazırda Qarabağ səmasında Hərbi Hava Qüvvələrinin qırıcılarının məşqi gedir
Noyabr 8-də Azərbaycan 44 günlük Vətənmüharibəsinin üçüncü ilini – Zəfər Gününü Xankəndidə qeyd edəcək.
Bu barədə ANS Press-ə Xankəndidən məlumat verilib.
Məlumata görə, paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin qırıcıları, həmçinin Vətən müharibəsində iştirakçı olmuş şəxsi heyətin keçidi nəzərdə tutulur.
Xankəndi səmasında üç gündür Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların məşqi gedir.
Hərbi paraddan sonra Zəfər Gününün qeyd edilməsi və bayram tədbirləri Şuşada davam etdirilməsi gözlənilir.
Qeyd edək ki, işğal illərində Ermənistan rəhbərliyi və qondarma separatçı rejim mayın 8-də Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi paradlar keçirirdi.