XƏBƏRLƏR / İctimaiyyət

Qalıqları 31 il sonra tapılan Abış Məhəmmədovla vida

O, 31 avqust 1993-cü ildə Qubadlı rayonunun Balasoltanlı kəndində itkin düşüb

Qalıqları 31 il sonra tapılan Abış Məhəmmədovla vida
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 14:20

    Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyitinin qalıqları Füzuli rayonu ərazisində tapılmış Məhəmmədov Abış Əsgər oğlu dəfn olunub.

    Şəhid Qaradağ rayonundakı Qızıldaş Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    ***

    13:44

    Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyitinin qalıqları Füzuli rayonu ərazisində tapılmış Məhəmmədov Abış Əsgər oğlu ilə vida mərasimi keçirilib.

    Bakının Qaradağ rayonunda baş tutan mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Onun nəşi Qaradağ rayonundakı Qızıldaş Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

    Qeyd edək ki, Məhəmmədov Abış Əsgər oğlu 31 avqust 1993-cü ildə Qubadlı rayonunun Balasoltanlı kəndində itkin düşüb.