XƏBƏRLƏR / İctimaiyyət

170 min 071,9 hektar ərazi minalardan təmizlənib

Bunu jurnalistlərə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib

170 min 071,9 hektar ərazi minalardan təmizlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun jurnalistlərə açıqlamasından: 

    - Azərbaycanda Vətən Müharibəsi başa çatdıqdan sonra 170 min 071,9 hektar ərazi minalardan təmizlənib.

    - Bu müddət ərzində 34 477 piyada əleyhinə mina, 20 906 tank əleyhinə mina və 109 544 partlamamış hərbi sursat aşkar edilib.

    - Minalardan təmizləmə işlərinə 2482 əməkdaş, 164 xüsusi təlim keçmiş it və 85 minatəmizləmə maşını cəlb olunub. Bu il iş planına 60 min 530,7 hektar ərazinin təmizlənməsi daxildir ki, bunun da 19 min 804,6 hektarını yaşayış sahələri təşkil edir. Planlarda illik göstəricilərin 65 min hektara çatdırılması nəzərdə tutulur”, - deyə agentlik rəhbəri bildirib.