Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb VİDEO

FHN xəbər verir YENİLƏNİB

  • Oxuma müddəti:

    1 dəqiqə

  • 08:13

    Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb.  

    Bir neçə gün əvvəl Araz çayının İmişli rayonundan keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

    Məlumata görə, rayonun Rəsullu kəndindən keçən hissəsində batan T.Mirişlinin meyiti FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    ***

    2026-06-09 14:43

    İyunun 7-də Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

    Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

    Əlavə məlumat veriləcək.