Qaxa istirahətə gələn ailə qəzaya düşüb, xəsarət alanlar var
29 yaşlı Elşən Abdullayev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

Şəki-Qax avtomobil yolunun Qaxın Əmbərçay kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər sakini 29 yaşlı Elşən Abdullayev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə “Vito” markalı avtomobil yoldan çıxaraq öncə ağaca dəyib, daha sonra isə aşıb.
Qəza zamanı sürücü və onun atası 70 yaşlı Eldar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, avtomobildə sürücünün anası da olub. Lakin qadın xəsarət almayıb. Onlar Bakıdan Qax rayonuna istirahətə gəlirlərmiş.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanılıb.