Novruz bayramının ilk çərşənbəsinin günü məlum oldu
Bu il Azərbaycana bahar martın 20-si saat 07:06-da gələcək

Azərbaycanda Novruz bayramının ilk çərşənbəsi - “Su çərşənbəsi” bu il fevralın 27-nə təsadüf edir.
Bunun ardınca martın 5-də “Od çərşənbəsi”, martın 12-də “Yel çərşənbəsi” və martın 19-da “Torpaq çərşənbəsi” gəlir.
Novruz bayramının özü martın 20-si axşama təsadüf edir.
Bu il Azərbaycana bahar martın 20-si saat 07:06-da gələcək.