XƏBƏRLƏR / İctimaiyyət

İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb FOTO

Azərbaycan Prezidentini və birinci xanımı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan yola salıblar

İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfəri aprelin 29-da başa çatıb.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan yola salıblar.