Saakaşvili İrəvanla Bakı arasında sülh sazişi haqda yazıb
Gürcüstanın sabiq prezidenti bu sazişin imzalanması gününü Qafqazın Rusiyadan azad olunduğu gün hesab edib

İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması Qafqazın Rusiyadan azad olunduğu gün olacaq - Saakaşvili
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında gözlənilən sazişin imzalanmasının tarixi an olacağını bildirib.
“Bu gün dünya tarixinə Qafqazın Rusiyanın pəncəsindən azad olunduğu tarix kimi düşəcək.
Saakaşvilinin sözlərinə görə, “ABŞ-ın bu prosesdəki rolu regionda geosiyasi tarazlığın dəyişməsindən xəbər verir”.