XƏBƏRLƏR / İctimaiyyət

I Qarabağ müharibəsinin şəhidi Zakir Muradov dəfn edildi

O, 1992-ci il noyabrın 9-da Ağdərə rayonunda itkin düşüb

I Qarabağ müharibəsinin şəhidi Zakir Muradov dəfn edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zakir Minad oğlu Muradovla Xaçmaz rayonunun Yeni Sudur kəndində keçirilən vida mərasimi başa çatıb.

    Şəhidin nəşi Yeni Sudur kənd qəbiristanlığında dəfn olunub.

    Dəfn mərasimində şəhidin doğmaları, Xaçmaz Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, Zakir Minad oğlu Muradov 1971-ci il aprelin 25-də Xaçmaz rayonunun Yeni Sudur kəndində anadan olub. O, 1992-ci il noyabrın 9-da Ağdərə rayonunda itkin düşüb.