XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Azərbaycan əhalisinin sayı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 8 min 253 nəfər və ya 0,1 faiz artaraq aprelin 1-i vəziyyətinə 10 milyon 233 min 142 nəfərə çatıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Cari ilin aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,0 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi ŞəkiZaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşqb.