XƏBƏRLƏR / İctimaiyyət

Lənkəranda itkin düşən balıqçıların axtarışları davam edir

FHN xəbər verir YENİLƏNİB

Lənkəranda itkin düşən balıqçıların axtarışları davam edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:18

    Axtarış arealının genişləndirilməsi və axtarışların intensivliyinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri də Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış-xilasetmə əməliyyatına cəlb edilib.

    ***

    Yanvarın 13-də Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 nəfər balıqçının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.

    Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

    Hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək.