XƏBƏRLƏR / İctimaiyyət

Ağdamda altı nəfər tortdan zəhərlənib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi araşdırma aparır. 

Ağdamda altı nəfər tortdan zəhərlənib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ağdam rayonunun Əfətli kəndində altı nəfərin qidadan zəhərləndiyi bildirilir.

    Həmin şəxslər aşağıdakılardır:

    - 1962-ci il təvəllüdlü Əsədova Gülbuta Şiralı qızı

    - 2001-ci il təvəllüdlü Əsədov Elçin Ayaz oğlu

    - 2003-cü il təvəllüdlü Əsədov Elvin Ayaz oğlu

    - 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl

    - 2006-cı il təvəllüdlü Əsədova Türkan

    - 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət

    Hadisə ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırma aparır. 

    "Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.