Ağdamda insan skeletinə bənzər sümüklər aşkar edilib
Eyvazxanbəyli kəndi ərazisində aprel ayında da sümük qalıqları tapılmışdı

Ağdamda növbəti dəfə sümük qalıqları aşkar edilib.
Sümük qalıqları işğaldan azad edilmiş Eyvazxanbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən aşkarlanıb.
Əraziyə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda dəqiqləşdirmə işləri aparılır.
Qeyd edək ki, Eyvazxanbəyli kəndi ərazisində aprel ayında da sümük qalıqları tapılmışdı.