XƏBƏRLƏR / İctimaiyyət

Lənkəranda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib

İbad Musayev 1994-cü ilin yanvarında Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb

Lənkəranda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbad Musarza oğlu Musayevin meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.

    Şəhidin nəşi rayonun Şağlasər kəndində ailəsinə təhvil verilib.

    Şəhid kənd qəbiristanlığında dəgn olunub.

    Qeyd edək ki, İbad Musarza oğlu Musayev 1974-cü il martın 8-də anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

    İ.Musayev Şağlasər kənd qəbiristanlığında dəfn olunacaq.