XƏBƏRLƏR / İctimaiyyət

Xəzərdən iki nəfərin meyiti çıxarıldı

Bu barədə FHN-dən məlumat verilib

Xəzərdən iki nəfərin meyiti çıxarıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, avqustun 12-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 m aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

    Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.