Şəki şəhər icra başçısının müavini vəfat edib
64 yaşlı Zərinə Cavadova onkoloji xəstəlikdən əziyyət çəkirdi

Şəki şəhər icra hakimiyyəti başçısının müavini dünyasını dəyişib.
Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova mayın 9-da səhər saatlarında yaşadığı evdə xəstəlikdən vəfat edib.
Məlumata görə, 64 yaşlı xanım müavin bir ildir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Zərinə Ələkbər qızı Cavadova 1960-cı ildə Şəkidə anadan olub. Tanınmış pedaqoq, tarix elmləri namizədi olan Zərinə Cavadova 2006-cı ildən Şəki şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.