“AzerGold” Gədəbəydəki məsələ ilə mövqeyini bildirdi
"Heç bir bağlılığımız yoxdur"
Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş məlum hadisəni əks etdirən görüntülərlə bağlı bəyan etmək istərdik ki, sözügedən məsələ ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin heç bir bağlılığı yoxdur.
Bu barədə “AzerGold” QSC-dən bildirilib.
"Şirkətimizə ünvanlanan çoxsaylı sorğuları nəzərə alaraq, ictimaiyyətdə yanlış fikrin formalaşmasının qarşısını almaq üçün bir daha bəyan edirik ki, Gədəbəy rayonunda qızıl yataqlarının işlənilməsi ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkəti tərəfindən həyata keçirilir", - məlumatda qeyd olunub.