
16:28
Bu gün Ədalət Partiyasının qurultayı keçirilib.
Mütəllim Rəhimli partiyanın yeni sədri seçilib.
Qurultayda partiyanın rəhbər strukturları yenidən formalaşdırılıb.
Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.
***
10:28
Bu gün Ədalət Partiyasının növbəti IX Qurultayı keçiriləcək.
Bu barədə partiyanın sədr müavini Mütəllim Rəhimli sosial şəbəkə hesabında yazıb.
Qeyd edib ki, partiyanın uzun illər sədri olmuş mərhum İlyas İsmayılovun vəfatından sonra Ədalət partiyasının ilk qurultayı olacaq.
Qurultay seçkili orqanların hesabatlarını dinləyəcək və qiymətləndirəcək. Eyni zamanda Ədalət partiyasının sədrini, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvlərini və Ali Məclisin üzvlərinin 1/3-ni seçəcək.