Minaların ətraf mühitə təsirİ mövzusunda beynəlxalq konfrans
Konfransı mayın 30-da Zəngilanda, mayın 31-də isə Bakıda ANAMA təşkil edir
Mayın 30-da Zəngilanda, mayın 31-də isə Bakıda “Minaların ətraf mühitə təsirinin azaldılması - Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Tədbirin təşkilatçısı Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) artıq hazırlıq işlərinə başlayıb.
Konfransda iştirak etmək üçün ölkəmizə gələn xarici qonaqlara Azərbaycanın tarixini, mədəniyyətini, Azərbaycan xalqının qonaqpərvərliyini özündə əks etdirən xatirə hədiyyələri təqdim olunacaq. Qonaqların Ağalı kəndinə səfəri də nəzərdə tutulub.