Hikmət Hacıyev minatəmizləyən qadınları təbrik edib FOTO
Prezidentinin köməkçisi 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədəki səhifəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı yazı paylaşıb:
“Humanitar minatəmizləmə ilə məşğul olan, minalanmış ərazilərdə öz həyatlarını riskə ataraq başqa insanların həyatını xilas edən, torpaqlarımızı Ermənistanın atdığı “ölüm toxumlarından” – minalardan qarış-qarış təmizləyən Azərbaycan qadınlarının timsalında mən sizi təbrik edirəm. Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınlar. Bir insanın həyatını xilas etmək dünyanı xilas etməkdir!”