XƏBƏRLƏR / İctimaiyyət

Şuşada mina partlayışının təfərrüatları EKSKLÜZİV

Elektrik təsərrüfatı sahəsində çalışan Həbibovun sağ ayağının dizdən aşağı hissəsi amputasiya olunub

Şuşada mina partlayışının təfərrüatları EKSKLÜZİV
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:20

    Şuşa rayonu ərazisində şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.

    Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, dekabrın 7-si saat 10 radələrində Şuşa rayonu ərazisində yerləşən “Tar” fabrikində “Azərenerji” ASC-nin əməkdaşı 1987-ci il təvəllüdlü Ramin Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Hazırda faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

    Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) də Şuşa şəhəri ərazisində baş verən mina hadisəsi barədə məlumat yayıb. ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 7-də Şuşa şəhəri yaxınlığında keçmiş erməni postu ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

    Məlumata əsasən piyada əleyhinə mina partlayışı nəticəsində elektrik təsərrüfat işləri ilə məşğul olan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Həbibov Rahim Şirməmməd oğlu xəsarət alıb.

    ***

    Bu gün saat 11:15 radələrində Şuşa şəhəri "Tar sexi" ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibov minaya düşüb.

    O, ayağından xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

    Araşdırma aparılır.

    ANS Press-in Şuşadan əldə etdiyi məlumata görə, hadisə "Tar sexi" ərazisinin yaxınlığında - "Raypo" deyilən binanın arxasında olub. Mina partlayışı olan ərazidə işğal vaxtı erməni postu olub. 2023-cü ilin sentyabrında - antiterror tədbirləri zamanı azad olunan o ərazidən Xankəndinə işıq çəkilirmiş.