XƏBƏRLƏR / İctimaiyyət

İndoneziya səfiri Şuşa barədə məlumatlandırılıb

Şuşa Dövlət Qoruğu İdarəsi xəbər verir

İndoneziya səfiri Şuşa barədə məlumatlandırılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov İndoneziyanın ölkəmizdəki səfiri Berlian Helmini ilə görüşüb.

    Aydın Kərimov səfiri Şuşada aparılan bərpa-quruculuq işləri, infrastrukturun yenilənməsi, əhalinin köçü barədə məlumatlandırıb. Bildirib ki, mədəniyyət paytaxtımızın bərpa və yenidənqurulması layihələri Şuşanın özünəməxsus memarlıq ənənələrinə və xalqımızın milli dəyərlərinə söykənir.

    Səfir Berlian Helmini isə öz növbəsində gələcəkdə İndoneziyanın hansısa bir şəhərinin Şuşa ilə qardaşlaşmasının iki ölkə arasında münasibətlərə öz layiqli töhfəsini verə biləcəyini xüsusi vurğulayıb.

    Görüşdə, eyni zamanda, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibət, dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışılıb.