Tərtərdə silah aşkarlandı
Rayon ərazisindən 3 avtomat və 3 tüfəng aşkar olunaraq götürülüb

Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən silahların tapılaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 3 avtomat və 3 tüfəng aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.