"Yandex"-in yaradıcısı Rusiyanın Kiyevə təcavüzünü pislədi
İsraildə yaşayan Arkadi Voloj mövqeyini gec bəyan etməsini əməkdaşlarının taleyi ilə bağlı olduğunu deyib
"Yandex"-in həmtəsisçisi Arkadi Voloj 2022-ci ilin fevralından bəri ilk dəfə olaraq Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı mövqeyini ifadə edən bəyanat yayıb.
Bəyanatda deyilir: “Keçən il ərzində mənə çoxlu suallar verildi və xüsusilə bu həftə onların çoxu gündəmə gəldi. Mən mövqeyimi aydınlaşdırmaq istərdim. Bütün tərəflərin eşitməsi mənim üçün vacibdir, ona görə də bu bəyanat iki dildə yazılıb (rus-ingilis - ANS Press).
Ukraynadakı müharibə ilə bağlı mövqeyim:
Mən Rusiyanın Ukraynaya vəhşicəsinə təcavüzünün qəti əleyhinəyəm, orada çoxlarında olduğu kimi mənim də dostlarım və qohumlarım var. Hər gün ukraynalıların evlərinə bombaların düşməsi məni dəhşətə gətirir".