Ölkə əhalisinin sayı açıqlanıb: doğuş azalıb, ölüm artıb
Məlumatı Dövlət Statistika Komitəsi verib
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 1 689 nəfər və ya 0,02 faiz artaraq 2026-cı il fevral ayının 1-i vəziyyətinə 10 milyon 264 min 40 nəfərə çatıb.
Yanvar ayında nikahların və boşanmaların sayı azalıb.
Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2026-cı ilin ilk ayında 2922 nikaha daxilolma və 1779 boşanma halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
Bu ilin yanvar ayında 7788 körpə doğulub.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,9-dan 8,9-a düşüb.
Doğulan körpələrin 54,2 faizi oğlan uşaqları, 45,8 faizi isə qız uşaqları olub.
Körpələrin 286-sı əkiz doğulub.
Cari ilin yanvar ayı ərzində ölkədə 6243 ölüm halı qeydə alınıb.
Qeyd olunub ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,6-dan 7,2-yə qədər artıb.
1 dəqiqə