XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycan 4 sahədə Ukraynaya yardım edəcək

 Bu barədə "RBC Ukraine" məlumat yayıb

Azərbaycan 4 sahədə Ukraynaya yardım edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ukrayna daxili işlər nazirinin müavini Boqdan Drapyatıy Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

     Bu barədə "RBC Ukraine" məlumat yayıb.

     Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev

    Danışıqların əsas mövzusu Ukraynanın minalardan təmizlənməsi və bu istiqamətdə Azərbaycanın yardımı məsələsi olub. Səfir Ukraynaya humanitar yardım paketinin həcminin artırıldığını açıqlayıb.

    Azərbaycanın göstərdiyi humanitar yardımlar haqqında məlumat verən səfir S.Mərdəliyev, öz növbəsində qeyd edib ki, Prezident İlham Əliyev Ukrayna dövlətinə elektrik avadanlıqları üçün 7,6 milyon dollar ayrılması haqqında Sərəncam imzalayıb. Artıq müvafiq avadanlıqlar hazırlanır və maddi-texniki təchizat işlənir. Yaxın vaxtlarda Ukrayna Azərbaycandan generator və transformatorlar alacaq. Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə və bunu genişləndirməyə davam edəcək.

    Onun sözlərinə görə, söhbət Azərbaycanın Ukraynaya kömək etməyə hazır olduğu dörd əməkdaşlıq sahəsindən gedir. Zərər çəkmiş ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyası, hərbi personalın reabilitasiyası, enerji sektorunda yardım və Ukraynanın müharibədən sonrakı bərpası nəzərdə tutulub.

    "Əməkdaşlığımız üçün İrpen şəhərini seçmişik, şəhərin infrastrukturunun bərpasından danışırıq. Layihənin konsepsiyası memarlıq mərkəzinin, idman kompleksinin bərpasını, uşaqlar üçün yeni incəsənət mərkəzinin inşasını, xəstəxananın tibbi ləvazimatlarla təminatını əhatə edir”, - səfir bildirib.