Azərbaycanın mina qurbanları artmaqda davam edir
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikət Hacıyev bildirib
"Azərbaycanın mina qurbanları artmaqda davam edir."
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkədəki səhifəsində yazıb.
"Ermənistan 30 il davam edən işğalı zamanı Azərbaycan torpaqlarını milyonlarla mina ilə zəbt edib. Mina insidentləri ilə bağlı araşdırmalar göstərir ki, partlayışların əksəriyyəti keçmiş qarşıdurma xəttinin arxasında, xüsusən də hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verir. Bu, dinc əhalini terror etmək, öldürmək, geri qayıtmaq hüququndan məhrum etmək üçün “kütləvi qırğın silahı” məntiqi ilə minalardan qəsdən və fərq qoymadan istifadə edilməsi faktının sübutudur."