XƏBƏRLƏR / İctimaiyyət

"Qobu Park"dakı yanğında ölənlərin sayı 5-ə çatdı

Təbərrük İsmayılova dekabrın 10-da müalicə aldığı xəstəxanada həyatını itirib

"Qobu Park"dakı yanğında ölənlərin sayı 5-ə çatdı
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dekabrın 5-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində vaş verən yanğın zamanı tüstüdən zəhərlənmiş daha bir nəfər ölüb.

    Təbərrük İsmayılova dekabrın 10-da müalicə aldığı xəstəxanada həyatını itirib.

    Hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

    Qeyd edək ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib. Nəticədə meydana gələn qatı tüstüdən binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları, 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün, 1953-cü il təvəllüdlü Yusif Hüseynov ölüblər.