XƏBƏRLƏR / İctimaiyyət

I Qarabağ müharibəsinin itkin şəhidi Göyçayda dəfn olunub

Daşqın Behbudov əvvəllər İmişli rayon məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu

I Qarabağ müharibəsinin itkin şəhidi Göyçayda dəfn olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Behbudov Daşqın Nəsrəddin oğlunun nəşi Göyçay rayonunun Mırtı kəndində dəfn edilib.

    Dəfn mərasimi zamanı Hərbi Orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib və yaylım atəşi açılıb.

    Mərasimdə kənd sakinləri, şəhidin doğmaları, qazilər, rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri və kənd camaatı iştirak ediblər.

    Şəhidin ruhuna dualar oxunduqdan sonra onun nəşi torpağa tapşırılıb. 

    Qeyd edək ki, Daşqın Behbudov əvvəllər İmişli rayon məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu. O, 1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində gedən şiddətli döyüşlər zamanı itkin düşmüşdü.