XƏBƏRLƏR / İctimaiyyət

Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb

DİN xəbər verir

Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb.

    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İlkin Əlibəyli müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.