XƏBƏRLƏR / İctimaiyyət

İtkin düşən balıqçıların axtarışına helikopter cəlb edilib

Dekabrın 9-u səhər saat 8-də balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılardan xəbər yoxdur

İtkin düşən balıqçıların axtarışına helikopter cəlb edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Astarada itkin düşmüş hesab edilən balıqçıların axtarışına helikopter cəlb olunub.

    Dekabrın 9-u səhər saat 8-də balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışlarına helikopter cəlb olunub.

    Artıq FHN-ə məxsus helikopter ərazidə axtarışlara başlayıb.