XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanda qohum nikahları qadağan oluna bilər

Bu nikahlar genefonumuza, gələcəyimizə mənfi təsir göstərir

Azərbaycanda qohum nikahları  qadağan oluna bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumlar arasında nikahın bağlanmasının qadağan edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı müzakirələr gedir. Bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov qohum nikahları ilə bağlı ictimai müzakirələrdə deyib.

    Onun sözlərinə görə, söhbət əmiuşaqları arasında nikahın qadağan olunmasının mümkünlüyündən gedir.

    "Belə nikahlarda daha çox səhhətində problem olan uşaqlar doğulur. Bu nikahlar genefonumuza, gələcəyimizə mənfi təsir göstərir. Məsələ çox ciddidir və hökumətin tədbir görməsi vacibdir", - Qasımov bildirib.