Qazaxıstanda əhalinin sayı 20 milyon nəfərə yaxınlaşır
Əhalinin 35,5 faizini – 7 milyonunu 18 yaşadək, 2,7 milyonunu 18-29 yaş arasında olan insanlar təşkil edir
2023-cü il ərzində Qazaxıstan əhalisinin sayı 1,41 faiz artaraq 19,9 milyon nəfərə çatıb.
"Kazinform" agentliyi xəbər verir ki, əhalinin ümumi artım tempi 1,28-1,49 faiz arasında dəyişir. 2022-ci il isə bu göstəriciyə görə istisna təşkil edib, ötən il ölkədə ilk dəfə 3,3 faizlik artım qeydə alınıb.
2023-cü il sentyabrın 1-nə olan məlumata əsasən, əhalinin sayına görə ilk yerdə Almatı şəhəri (2,2 milyon nəfər), sonra Türküstan vilayəti (2,1 milyon nəfər) və Almatı vilayəti (1,5 milyon nəfər) gəlir. Ölkədə qadınların sayı kişilərin sayından 4,96 faiz çoxdur. Əhalinin 35,5 faizini – 7 milyonunu 18 yaşadək, 2,7 milyonunu 18-29 yaş arasında olan insanlar təşkil edir.