XƏBƏRLƏR / İctimaiyyət

Qazaxda narkokuryer saxlanılıb

DİN xəbər verir

Qazaxda narkokuryer saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxda narkokuryer saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Nemət Əliyev saxlanılıb.

    Ondan 1 kq 630 qram heroin və metadon həbi aşkar edilib.

    Araşdırmalar zamanı müəyyən edilib ki, N.Əliyev ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayon ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.

    Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.