44 günlük ezamiyyət

ANS ÇM 44 gün nələr çəkdi?

  • Oxuma müddəti:

    2 dəqiqə

  • "Bu gün Zəfər bayramıdır! Və bu münasibətlə mən bütün Dostlarımı təbrik edirəm!
    Şəhidlərimizə və Qurbanlarımıza Allah Rəhmət eləsin, müxtəlif rütbəli Qazi və Əsgərlərimizə uzun ömür və can sağlığı arzu edirəm, belə oğul və qız böyüdən ana-ataların qarşısında baş əyirəm! Bu müharibənin nəticəsi olaraq işğal olunmuş bir sıra torpaqlarımızın azad olunmasına öz əməyi, biliyi, malını və canını əsirgəməyənlərə təşəkkür edirəm!
    Müharibəni bacardığı kimi işıqlandıranlara da dərin təşəkkürümü bildirirəm! Bu media mənsubları arasında ANS ÇM komandası da var idi. 44 gün gecə-gündüzümüz ön cəbhədə keçdi. İlk günlər bizi çəkilişlərə buraxmırdılar, maneələr yaradırdılar, bir rayondan çıxardırdılar, digərinə keçirdik. Azərbaycan Xalqı bizə dəstək olurdu. Hətta "Buraxılmasınlar!" əmri almış rütbəlilər bizə işləməyə bütün şərait yaradır, adımıza and içirdilər. Təşəkkür edirik Sizə - cəsarət və Vətənpərvərliyinizə görə! Bütün bunlara baxmayaraq, hadisə yerinə hamıdan tez çatırdıq və ANS ÇM teleqram kanalı abunəçiləri və dünya mediyasına Dəqiq, Qərəzsiz və Vicdanlı xəbər verirdik...
    Çətin idi, amma "Döyüş Alnınıza yazılıb 2/216" deyənlər hamıdan irəlidə olmalıdırlar!
    44 günə Tərtər, Bərdə, Gəncə, Füzuli, Ağdam, Vaşinqton, İstanbul və digər regionlardan Xalqa Dəqiq, Qərəzsiz və vicdanlı xəbər gətirən ANS ÇM Komandasını təbrik edirəm bu gün! Sağ olun ki, Xalqımıza qulluq edə bilək. Bu hələ son deyil. Hələ Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərədən reportajlar verməmişik... hələ Çingizin həlak olduğu Naxçıvanikdən reportaj etməmişik.
    Hörmətli Dostlar! Bu qısa filmdə 44 günlük müharibə zamanı ANS ÇM komandasının cəbhədə çəkdikləri ilə Sizinlə də bölüşmək istəyirik. Baxın və zəhmət olmasa, paylaşın ki, dəqiqləşdirək - ANS Azərbaycana lazımdılr, ya yox!".