XƏBƏRLƏR / Hərbi

44 Günlük Vətən Müharibəsini necə əbədiləşdirək

Bu günlər 44 günlük müharibənin hər gününü yada salırıq.

44 Günlük Vətən Müharibəsini necə əbədiləşdirək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bir il keçdi... O günləri biz, ANS-çilər də cəbhədə keçirdik - Füzuli, Bərdə, Tərtər, Gəncə və onlarla digər şəhər və kəndlərdən reportajlar hazırlayıb tamaşaçılarımıza Facebook, Youtube və Telegram kanalımız @AnsChm vasitəsi ilə operativ çatdırdıq. Çətin, lakin şərəfli günlər idi. Hər gün Şəhidlərimizi və Qəhrəmanlarımızı yada salırıq.
    Azərbaycanda ilk Dəqiq Mexanizmlər istehsal edən VMF fabriki bu günlərin xatirəsini əbədiləşdirmək üçün "Qələbə Vaxtı" silsiləsindən "Qarabağ Azərbaycandır!" saatlarını istehsal edib.
    Çox şadam ki, Azərbaycanın dəqiq mexanizmlər fabriki var və çox sevinirəm ki, Qarabağ Azərbaycandır!
    Allah Azərbaycanı qorusun və Şəhidlərimizə rəhmət eləsin!
    Döyüş Alnınıza Yazılıb! 2/216