XƏBƏRLƏR / Hərbi

Yaşar Güler Aqil Qurbanovu qəbul edib

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Yaşar Güler Aqil Qurbanovu qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanovu qəbul edib.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    "Şimali Kipr Türk Respublikasında səfərdə olan milli müdafiə naziri Yaşar Güler “TEKNOFEST” ilə əlaqədar Lefkoşaya gələn qardaş Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanovu qəbul edib", - məlumatda bildirilib.