XƏBƏRLƏR / Hərbi

Gürcüstanın Baş naziri Zakir Həsənovu qəbul edib

YENİLƏNİB

Gürcüstanın Baş naziri Zakir Həsənovu qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:12

    Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

    Azərbaycan Müdafiə Nazirliyindən verilən xəbərə görə, Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.
    Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

    ***

    10:50

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb.

    Bu məlumatı Gürcüstan hökumət administrasiyası yayıb.

    Görüş zamanı ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

    Tərəflər regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini xüsusi vurğulayıblar.